Şok qərar: Məşhur sponsor “Tottenhem”lə müqaviləni pozdu!
“Tottenhem”in baş məşqçisi Roberto De Dzerbi hələlik öz vəzifəsini qoruyub saxlayır, lakin tezliklə klubun bazasındakı xüsusi kreslosundan məhrum olacaq.
TodayPress TV xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Bildirilir ki, Cənubi Koreyanın “Sidiz” şirkəti London təmsilçisi ilə əməkdaşlığı vaxtından əvvəl dayandıracaq.
Məlumata görə, mebel istehsalçısı müqavilədə olan və tərəfdaşlığı vaxtından əvvəl bitirməyə imkan verən bənddən istifadə edib. “Sidiz” şirkəti “Tottenhem”in təlim-məşq bazası və stadondakı mətbuat zonası üçün xüsusi kreslolar təmin edirdi. Müqaviləyə oktyabrın sonunda xitam veriləcək.
“Sidiz” son altı ayda “Tottenhem”lə əməkdaşlığı dayandıran ikinci sponsor olub. Bununla belə, şirkətin bu qərarı De Dzerbinin baş məşqçi postundakı mövqeyi ilə bağlı deyil.
Qeyd edək ki, italyalı mütəxəssis “Marsel”, “Brayton” və “Şaxtyor” klubundakı fəaliyyətindən sonra 2026-cı ilin yayında “Tottenhem”in sükanı arxasına keçib.
Namiq HUN