Mersisaydda müqavilə gərginliyi: Mak Allister gələcəyi ilə bağlı sükutu pozdu!

Mersisaydda müqavilə gərginliyi: Mak Allister gələcəyi ilə bağlı sükutu pozdu!
23.09.2026 13:43 İdman

“Liverpul”un yarımmüdafiəçisi Aleksis Mak Allister Mersisayd klubu ilə müqaviləsinin mövcud vəziyyəti barədə danışıb.

TodayPress TV xəbər verir ki, bu barədə “ESPN” məlumat yayıb. 

“Hələ ki son qərar yoxdur. Müqaviləmin başa çatmasına daha iki il var. Bacardığım qədər maksimumumu verəcəyəm. Bu müddət ərzində çox şey baş verə bilər, bir çox variantlar var. Ümid edirəm ki, burada daha bir neçə il qalacağam. Amma söhbət yalnız iki ildən gedirsə, ailəmlə birlikdə bu illərdən zövq almalı olacağam, çünki dünyanın ən yaxşı klublarından birində olduğuma heç bir şübhəm yoxdur”, - deyə Mak Allister bildirib.

Qeyd edək ki, futbolçu daha əvvəl yeni müqavilə təklifinin olmamasından təəssüfləndiyini etiraf etmişdi. Bununla belə, o, digər klubların marağına baxmayaraq, yayda “Liverpul”da qalmaq qərarına gəlib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər