İnfantinoya ağır zərbə: Çeferin dünya futbolundakı böhranın pərdəarxasını açdı!
UEFA prezidenti Aleksander Çeferin FIFA-nın Dünya Çempionatının hüquqlarının bir hissəsini özəl əllərə satmaq təklifi ilə bağlı yaranan qalmaqaldan sonra dünya futboluna olan etimadın bərpa olunmadığını bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Hər kəs oyunu öz ambisiyalarından üstün tutmur. İdmanımıza olan etimad üç təməl sütun üzərində bərqərar olur: birlik, şəffaflıq və azlığa deyil, çoxluğa xidmət edən idarəetmə. Son zamanlar bu üç prinsip də onları qorumağa and içmiş şəxslər tərəfindən gözardı edilib. Dünya futbolunun birliyini pozan layihə bağlana bilər, lakin onun sarsıtdığı etimadı geri qaytarmaq mümkün deyil və indi bizim vəzifəmiz onu bərpa etməkdir. Oyunu idarə edənlər bunu kimin üçün etdiklərini unutmamaq şərtilə futbol təhlükəsiz qalacaq”, - deyə Çeferin bildirib.
Əvvəllər FIFA rəhbəri Canni İnfantino bu planların reallaşdırılmayacağını bildirmişdi.
Namiq HUN