Dana Uaytın hədəfindəki ulduz: Nurmaqomedov UFC-yə meydan oxudu!

Dana Uaytın hədəfindəki ulduz: Nurmaqomedov UFC-yə meydan oxudu!
23.09.2026 14:04 İdman

PFL-in yüngül çəki dərəcəsində çempionu, rusiyalı döyüşçü Usman Nurmaqomedov karerasını UFC-də davam etdirmək ehtimalı barədə danışıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “Red Corner MMA” məlumat yayıb. 

“Mən UFC-nin bütün yüngül divizionunu, hətta ilk “10-luq”da yer alanların hamısını məğlub edə bilərəm”, - deyə Nurmaqomedov deyib. 

Avqustun əvvəlində Nurmaqomedov Nyu-Yorkda keçirilən PFL turnirinin əsas döyüşündə Arçi Kolqana vaxtından əvvəl qalib gəlib. Rusiyalı idmançı rəqibini ilk raundda texniki nokautla üstələyərək çempionluq kəmərini növbəti dəfə qoruyub. Bu qarşılaşma Nurmaqomedovun PFL ilə mövcud müqaviləsi üzrə sonuncu döyüşü olub.

Əvvəllər UFC rəhbəri Dana Uayt rusiyalı döyüşçü ilə müqavilə bağlamaqda maraqlı olduqlarını bildirmişdi. 28 yaşlı Nurmaqomedovun peşəkar karerasında 22 qələbəsi var, heç bir məğlubiyyəti yoxdur və bir döyüşü baş tutmamış elan edilib. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər