Mansur Yavaş CHP-dən istefa verdi
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verdiyini açıqlayıb. O, siyasi fəaliyyətini müstəqil şəkildə davam etdirəcəyini bildirib.
TodayPress TV xəbər verir ki, Yavaş bu barədə sosial media hesabında yayımladığı açıqlamada məlumat verib.
Yavaş bildirib ki, siyasətdə bəzi qərarlar qəzəblə qəbul edilmir, uzun-uzadı düşünülür, vicdanla ölçülüb-biçilir və məsuliyyəti öz üzərinə götürməklə açıqlanır.
Onun sözlərinə görə, martın 19-da başlayan və sonradan “mütləq butlan” müzakirələri də daxil olmaqla bir sıra hüquqi və siyasi mübahisələrlə davam edən proses Türkiyədə siyasəti cəmiyyətin təəssüflə izlədiyi bir nöqtəyə gətirib.
Yavaş qeyd edib ki, bu müddət ərzində nə düşündüyünü, nəyə etiraz etdiyini və hansı yolu təklif etdiyini açıq şəkildə ifadə edib.
“Mənim partiyalılıq anlayışım daşıdığınız kimliyin haqqını vermək, sizə güvənən insanların başını aşağı salmamaq, təmsil etdiyiniz siyasi quruma xalq qarşısında nüfuz qazandırmaq və üzərinizə götürdüyünüz məsuliyyəti layiqincə yerinə yetirməkdir. Mən bu günə qədər Cümhuriyyət Xalq Partiyasını kiçik düşürəcək, ona səs verən insanların xəcalət çəkməsinə səbəb olacaq heç bir davranışın içində olmamışam”, – Yavaş bildirib.
Qiymət Mahir