Qasli sükutu pozdu: “Klaviatura arxasında oturub sərhədi aşırlar!”

Qasli sükutu pozdu: “Klaviatura arxasında oturub sərhədi aşırlar!”
23.09.2026 14:29 İdman

“Alpine” komandasının fransalı pilotu Pyеr Qasli keçən İspaniya Qran-prisində komanda yoldaşı, argentinalı Franko Kolapinto ilə yaşanan insidentdən sonra ailəsinin ünvanına hədə-qorxuların gəldiyini bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Race” nəşri məlumat yayıb. 

“Şəxsən bunu idmanımız üçün narahatedici məqam hesab edirəm. Mən peşəkar idmançıyam və diqqət mərkəzində olduğumu bilirəm, həmişə də belə olub. Lakin hədə-qorxuların və hücumların səviyyəsini tamamilə qəbuledilməz sayıram - xüsusən də bu, ailə üzvlərimə, sevdiyim qıza toxunursa... Düşünmürəm ki, belə olmalıdır.

Əvvəllər hər şey fərqli idi. Biz idmanı daha sağlam mühitə çevirmək üçün yol tapmalıyıq. Çünki hər an hücuma məruz qala biləcəyinizi düşünürsünüz. Sizi sevə və ya sevməyə bilərlər, lakin sırf monitor və klaviatura arxasında əyləşdiyiniz üçün keçilməməli olan bir sərhəd var”, - deyə Qasli bildirib.

Xatırladaq ki, Qasli arxadan təzə təkərlərlə gələn Kolapintonu yubatmışdı, bu da sosial şəbəkələrdə azarkeşlərin böyük qəzəbinə səbəb olmuşdu.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər