“Narahatlığa lüzum yoxdur!” - Arteta “Arsenal” azarkeşlərini sevindirdi!
Londonun “Arsenal” klubunun baş məşqçisi Mikel Arteta klubla müqavilənin müddətinin uzadılması ilə bağlı şifahi razılıq əldə edib.
TodayPress TV xəbər verir ki, bu barədə “The Irish Times” nəşri məlumat yayıb.
Bildirilir ki, yeni sözləşmə ispaniyalı mütəxəssisin maaşında əhəmiyyətli dərəcədə artım nəzərdə tutur.
Artetanın mövcud müqaviləsinin müddəti 2026/27-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.
“Düşünürəm ki, hər məsələdə bir-birimizə çox yaxınıq. Münasib vaxt çatanda hər şeyi rəsmiləşdirəcəyik. Narahatlıq üçün heç bir əsas yoxdur. Hesab edirəm ki, ambisiyalarımız və istəyimiz eynidir”, - deyə Arteta bildirib.
Mənbənin verdiyi məlumata görə, 44 yaşlı mütəxəssis ən azı daha üç illik yeni müqavilə imzalamaq niyyətindədir. Danışıqlar may ayında başlasa da, yay transfer pəncərəsi dövründə müvəqqəti dayandırılmışdı.
Qeyd edək ki, Arteta 2019-cu ilin dekabrından “Arsenal”a rəhbərlik edir. Ötən mövsüm o, London təmsilçisini 2004-cü ildən bəri ilk dəfə Premyer Liqa çempionluğuna çatdırıb, həmçinin komandanı Çempionlar Liqasının finalına çıxarıb (burada “Arsenal” penaltilər seriyasında PSJ-yə uduzub). Mütəxəssisin hazırkı müqavilə üzrə illik qazancı təxminən 10 milyon funt-sterlinq qiymətləndirilir.
Namiq HUN