Masazırdakı qalmaqalın bədəli ağır oldu: "İmişli"yə misli görünməmiş cərimə!
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının VI turunun oyunları ilə bağlı qərarlarını açıqlayıb.
TodayPress TV xəbər verir ki, turun ən kəskin cəzası "Sabah" - "İmişli" matçında qeydə alınıb.
Oyunda hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alan "İmişli"nin futbolçusu Luis Silvestr 4 oyunluq diskvalifikasiya olunub. Bu insidentlə yanaşı, İntizam Komitəsi "İmişli" klubunu 10 000 manat məbləğində ağır cərimələyib. Masazır səfərində qonaq komandanın 5 futbolçusu sarı vərəqə aldığı üçün "İmişli" daha 700 manat ödəməli olacaq.
Sarı vərəqə limitini aşan digər klublar da maliyyə sanksiyaları ilə üzləşiblər:
"Turan Tovuz" – "Zirə":
Paytaxt təmsilçisinin 5 futbolçusu xəbərdarlıq aldığı üçün "Zirə" 700 manat cərimələnib.
"Kəpəz" – "Sumqayıt":
Qonaq komandanın 5 oyunçusu sarı vərəqə gördüyünə görə "Sumqayıt" klubu 700 manat cərimə olunub.
"Şamaxı" – "Araz-Naxçıvan":
Qarşılaşmada hər iki komandadan 4 futbolçu sarı vərəqə alıb. Bu səbəbdən həm "Şamaxı", həm də "Araz-Naxçıvan" klublarının hər biri 700 manat cərimə edilib.
Namiq HUN