Pekin: Tayvanın bəyanatları birləşmənin qarşısını ala bilməyəcək
Çinin Dövlət Şurasının Tayvan məsələləri üzrə nümayəndəsi Çen Binxua bildirib ki, Tayvan administrasiyasının açıqlamaları materik Çinlə Tayvanın qaçılmaz birləşməsini dayandıra bilməz.
TodayPress TV xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.
Çen Binxua Tayvan rəhbərliyinin son çıxışlarını “separatist mövqe” adlandıraraq onların nəticə verməyəcəyini qeyd edib:
“Tayvan Çinin bir hissəsidir və bu statusu dəyişdirmək mümkün deyil. Tayvan rəhbərliyinin bəyanatları birləşmə prosesini nə ləngidə, nə də dayandıra bilər”.
Qiymət Mahir