“Avropadan heç nə qalmayacaq” - Tramp XƏBƏRDARLIQ ETDİ

“Avropadan heç nə qalmayacaq” - Tramp XƏBƏRDARLIQ ETDİ
20.10.2026 23:12 Dünya

ABŞ Prezidenti Donald Tramp Avropanın öz yanaşmasını dəyişməli və daxili problemlərini həll etməli olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, Tramp Fransa və İspaniyadakı vəziyyətə, eləcə də İranla bağlı məsələlərə münasibət bildirib.

Amerika liderinin digər açıqlamalarını təqdim edirik:

“Avropa ağlını başına yığmalı və öz daxilində qayda-qanun yaratmalıdır. Əks halda, Avropadan heç nə qalmayacaq.

Fransada iqtisadi artım yoxdur. Fransa bu yaxınlarda artım nümayiş etdirib. Bu, ölkədə sosial proqramların son dərəcə sərt olması ilə bağlıdır.

Fransada belə bir şey heç vaxt görməmişdim. Bu, kiçik iğtişaşlar və ya adi etiraz aksiyası deyildi. Bu, tammiqyaslı inqilab idi və hələ də davam edir.

Onlar on minlərlə gəlirdilər, sadəcə İspaniyaya axışdılar. İspaniya isə bununla bağlı heç nə etmir.

Cənubi Amerika tamamilə fərqli bir yerə çevrilir və çiçəklənir. Dəstəklədiyim hər kəs qalib gəldi, o cümlədən Kolumbiyanın yeni prezidenti.

Biz sadəcə İranla bağlı yekun qərar verməliyik. Qələbəni necə əldə etmək istəyirik: yaxşı yolla, yoxsa pis yolla? Hələlik hər şey bizim üçün çox yaxşı gedir”.

Kübra Musayeva

XƏBƏR LENTİ
21 OKTYABR 2026
Bütün Xəbərlər