Pekin ABŞ-nin İrana hava hücumlarını kəskin qınadı
Çin Birləşmiş Ştatların İranın nüvə obyektlərinə endirdiyi hava zərbələrini qətiyyətlə pisləyib.
TodayPress TV xəbər verir ki, bu barədə BMT-də Çin Xalq Respublikasının daimi nümayəndəsi Fu Tsun jurnalistlərə açıqlama verib.
“Çin ABŞ-nin İranın nüvə obyektlərinə qarşı hərbi hücumunu qəti şəkildə qınayır. Xüsusilə qeyd etmək istərdim ki, həmin obyektlər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarətində olan obyektlərdir. Bu hücum BMT Nizamnaməsinin və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”, - deyə Çinli diplomat vurğulayıb.
Töhfə Səməd