"Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış
"Dünyada "Patriot" HHM sistemləri üçün raketlər var. Buna görə də tərəfdaşların həmin raketlərin anbarlarda qalması əvəzinə, onların verilməsi ilə bağlı siyasi qərar qəbul etmələri vacibdir".
TodayPress TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.
Müraciət zamanı Zelenski qeyd edib ki, Ukrayna Rusiya zərbələrinə reaksiya verən hər bir lideri və ölkəni görür.
"Dünyada Patriot üçün raketlər var. Vacibdir ki, tərəfdaşlar bu siyasi qərarı — çərçivə paketlərinin təhvil verilməsi haqqında qərarı qəbul etsinlər. ABŞ bizə nə lazımdırsa bilir. Avropa da bizə nə lazımdırsa bilir", - deyə dövlət başçısı əlavə edib.
Aysel Mətləb