Paşinyan Gürcüstana səfər edəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan martın 3-4-də Gürcüstana işgüzar səfər edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə onun mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində Paşinyan Tbilisidə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşəcək.
Tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasına da sədrlik edəcəklər. Görüşlərin yekununda baş nazirlərin mediaya birgə bəyanatlarla çıxış etməsi planlaşdırılır.
Türkan İsgəndərli