“Qarabağ”ın 7 qat çempionu komandadan ayrıldı
"Qarabağ" klubu futbolçusu Abbas Hüseynovla yollarını ayırıb.
Klubun mətbuat xidmətindən TodayPress TV-yə verilən məlumata görə, 2017-ci ildən komandada çıxış edən müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Abbas Hüseynov "Qarabağ"ın heyətində 7 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb.
Qeyd edək ki, Ağdam klubunun əvəzedici komandasının baş məşqçisi Maksim Medvedev Abbas Hüseynovun “Qarabağ”ın düşərgəsini tərk etməsi barədə açıqlama verərək bildirmişdi ki, müdafiəçi əvəzedici heyətin məşqlərində iştirak etməkdən imtina edib.