İranın bombaladığı ərazilər Netanyahuya arxa çevirdi
İranda həyata keçirilən hücumlar zamanı ağır zərbələrə məruz qalmış İsrail ərazilərində seçkilərin ilkin nəticələri açıqlanıb.
TodayPress TV xəbər verir ki, Tel-Əvivin cənub və şimal-şərq hissələrində, eləcə də Qüdsün cənubunda müxalifət qüvvələri üstünlük qazanıb.
İlkin məlumatlara görə, Qadi Eyzenkotun rəhbərlik etdiyi “Yaşar” partiyası səslərin 45 faizini toplayıb. Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası isə 24 faiz səs qazanıb.
Yair Golanın siyasi qüvvəsi 11 faiz, Naftali Bennet və Yair Lapidin təmsil olunduğu “B’Yaxad” bloku isə 8 faiz nəticə göstərib.
Beləliklə, İranın ağır zərbələrinə məruz qalmış sözügedən ərazilərdə seçicilərin böyük hissəsi müxalifət qüvvələrinə üstünlük verib.
Kübra Musayeva