Məclisi bağlayıb istədiklərini edirlər - İranda parlament qiyama qalxdı, Əraqçinin "Qırmızı Xətti" keçildi

Məclisi bağlayıb istədiklərini edirlər - İranda parlament qiyama qalxdı, Əraqçinin "Qırmızı Xətti" keçildi
19.06.2026 14:25 Dünya

“İran parlamentini bağlayıb ABŞ ilə istədikləri hər şeyi imzalamağa çalışırlar”.

TodayPress TV xəbər verir ki, bunu İran parlamentinin Səhiyyə və Tibbi Xidmətlər Komitəsinin sədri Hüseyn Əli Şəhriyari parlamentin fəaliyyətində yaranan fasilə barədə danışarkən deyib.

“İstədiklərini imzalamaq üçün parlamenti bağlayıblar”, - o bildirib.

Deputat vurğulayıb ki, ABŞ ilə əldə olunacaq istənilən razılaşma sonda parlament tərəfindən təsdiqlənməlidir:

“Nüvə sazişinin (JCPOA-2015 – red.) parlamentdə 20 dəqiqə ərzində təsdiq edildiyi dövr artıq keçib. Bu məsələdən bir dəfə zərər görmüşük, eyni hadisənin yenidən təkrarlanmasına yol verməməliyik”.

Şəhriyari xarici işlər naziri Abbas Əraqçinin zənginləşdirilmiş uranın seyrəldilməsi barədə açıqlamalarını da tənqid edərək vurğulayıb ki, nüvə məsələsi danışıqlarda müzakirə olunmamalıdır: “Bu məsələ İranın qırmızı xətlərinə daxildir”.

Jalə Rövşən 

XƏBƏR LENTİ
19 IYUN 2026
Bütün Xəbərlər