Pakistanın Baş naziri Məhəmməd bin Salmana təşəkkür etdi

Pakistanın Baş naziri Məhəmməd bin Salmana təşəkkür etdi
19.06.2026 21:20 Dünya

Pakistanın Baş naziri Şahbaz Şərif regionda İslamabadın sülh səylərini dəstəklədiyinə görə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana təşəkkür edib.

TodayPress TV xəbər verir ki, baş nazir bildirib:

"Biz razılaşdıq ki, danışıqların növbəti mərhələsi dialoqa, diplomatiyaya möhkəm sadiqlik və sülh prosesinə xələl gətirmək yönümlü istənilən cəhdə qarşı ayıq-sayıqlıq prinsiplərinə əsaslanaraq davam etməlidir".

O, həmçinin böhran boyu Səudiyyə Ərəbistanının sabitliyini və onun regional sülhə sadiqlik istiqamətindəki mühüm rolunu yüksək qiymətləndirib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
19 IYUN 2026
Bütün Xəbərlər