Pakistan: Səudiyyəyə hücum olsa, 3 ölkə birlikdə cavab verəcək – HUSİLƏRƏ XƏBƏRDARLIQ
Pakistanın müdafiə naziri Xacə Məhəmməd Asif Səudiyyə Ərəbistanına qarşı hücumların davam edəcəyi təqdirdə Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında imzalanan müdafiə sazişinin işə düşə biləcəyini bildirib.
TodayPress TV xəbər verir ki, nazirin sözlərinə görə, üç ölkə arasında bağlanan sazişə əsasən, tərəflərdən birinə qarşı təcavüz digər iki ölkənin də müdaxiləsinə səbəb ola bilər.
O, sazişin hücum xarakteri daşımadığını və yalnız müdafiə məqsədi daşıdığını xüsusi qeyd edib. Yəni tərəflər öz təşəbbüsü ilə başqa ölkəyə qarşı hərbi əməliyyat keçirməyəcək, lakin üzv dövlətlərdən birinə hücum ediləcəyi təqdirdə birgə cavab verəcəklər.
Açıqlama husilərin Səudiyyə Ərəbistanının cənub bölgələrinə və infrastrukturuna raket və dron hücumlarını artırdığı bir vaxtda səslənib.
Bildirilib ki, son hücumlar nəticəsində 70-dən çox insan yaralanıb.
Türkan İsgəndərli