Omanın Salalah limanına zərbələr nəticəsində neft anbarları zədələndi
Omanın Salalah limanındakı neft anbarları zərbələr nəticəsində zədələnib.
TodayPress TV xəbər verir ki, bu barədə dəniz təhlükəsizliyi üzrə ixtisaslaşan Britaniyanın "Ambrey" şirkəti məlumat yayıb.
Liman mühafizəsi orada yan almış bütün gəmilərə yola düşməyə hazırlaşmağı tövsiyə edib. Hadisə baş verən vaxt limanda 19 gəmi olub.
Ticarət gəmilərinin zədələnməsi və insanların xəsarət alması barədə məlumat daxil olmayıb.