Nigerdə ordu ayağa qalxdı: Yüzlərlə hərbçi üsyana qoşuldu
Nigerin paytaxtı Niameydə keçirilən üsyanda yüzlərlə hərbçi iştirak edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata əsasən, aksiyada narazı olan yüzlərlə hərbçi iştirak edib. Toqquşmalar bir neçə saat davam edib. Bu müddət ərzində dövlət başçısı Abdourahmane Tianiyə sadiq qalan qüvvələr ələ keçirilmiş obyektlərə nəzarəti bərpa ediblər.
Xatırladaq ki, daha əvvəl “Associated Press” qiyamın yatırılması zamanı onlarla hərbçinin saxlanıldığını bildirib.
Aysel Mətləb