Niderland Dubaya uçuşları ləğv etdi

Niderland Dubaya uçuşları ləğv etdi
11.03.2026 17:28 Dünya

Niderland ABŞ-İsrail müharibəsi səbəbindən 28 mart tarixinə qədər Dubaya bütün uçuşlar dayandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə aviaşirkət KLM məlumat yayıb.

Bildirilib ki, sərnişinlərin və heyət üzvlərinin təhlükəsizliyi onların əsas prioritetidir. Eyni zamanda KLM orada qalan sərnişinlərin vətənə qaytarılmasına kömək etməyə hazırdır.

Qeyd edək ki, Dubay hava limanı yaxınlığında hava hücumundan müdafiə sistemləri tərəfindən iki dron vurulub və nəticədə dörd nəfər yaralanıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər