Netanyahu Trampa müraciət etdi
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampdan İrana qarşı hərbi əməliyyatı tamamlamağı xahiş edib.
TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Nəşrin yazdığına görə, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff İranla tərksilah danışıqlarını davam etdirmək üçün Omanda görüşə hazırlaşdığı bir vaxtda Netanyahu İran əleyhinə genişmiqyaslı hücuma başlayıb.
“Netanyahu danışıqları pozaraq və İranı hərbi cəhətdən iflic vəziyyətə salaraq Trampdan onun yerinə işi sona çatdırmağı istədi”, - deyə məqalədə bildirilir.
Qiymət Mahir