Netanyahu: "İsrail İranda qarşıya qoyduğu hədəflərə çox yaxındır"

Netanyahu: "İsrail İranda qarşıya qoyduğu hədəflərə çox yaxındır"
23.06.2025 08:00 Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin İran əleyhinə başladığı hərbi əməliyyatla bağlı açıqlama verib.

TodayPress TV xəbər verir ki, bu barədə o, mətbuat konfransında İsrailin İranda qarşıya qoyduğu məqsədlərə “çox yaxın” olduğunu bəyan edib.

“Bu, bizi məhv etmək istəyən bir sistemdir. Məhz buna görə biz varlığımıza yönəlmiş iki konkret təhdidin – nüvə silahı təhlükəsi və ballistik raket təhdidinin aradan qaldırılması üçün əməliyyata başladıq. Addım-addım bu hədəflərə doğru irəliləyirik və onların reallaşmasına çox yaxınıq”, - deyə Netanyahu bildirib. 

Töhfə Səməd 



XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər