NATO-Rusiya müharibəsi olacaq? - Finlandiya prezidentindən AÇIQLAMA
Finlandiya Prezidenti Aleksandr Stubb Rusiyanın NATO-ya mümkün hücum hazırlığında olduğuna dair heç bir sübut görmədiyini bildirib.
TodayPress TV xəbər verir ki, Stubb “Bild”ə müsahibəsində kəşfiyyat məlumatlarının belə bir ssenarini təsdiqləmədiyini deyib. Onun sözlərinə görə, NATO-nun adi silahları, raketləri və nüvə arsenalı da Rusiyanı çəkindirən əsas amillərdəndir.
Finlandiya lideri Avropanın Moskvada baş verən prosesləri daha yaxşı anlamaq üçün Rusiya ilə əlaqələri qorumasının vacibliyini vurğulayıb. O, MKİ direktoru Con Retkliffin Moskvaya səfərini də müsbət qiymətləndirərək, ABŞ və Rusiya arasında müxtəlif formatlarda əlaqələrin saxlanılmasını doğru addım adlandırıb.
Stubb həmçinin qeyd edib ki, Rusiyada yaranan iqtisadi çətinliklər Moskvanı Ukraynadakı müharibəni dayandırmağa məcbur etməyə bilər. O, rusiyalıların çətinliklərə dözmək qabiliyyətini də qiymətləndirməməyin vacib olduğunu bildirib.
Kübra Musayeva