NATO ölkələrinin Ukrayna ilə bağlı qərarı açıqlandı
NATO-ya üzv ölkələr iyunun 24-25-də Haaqada keçiriləcək sammitdə Ukraynaya dəstəyi təsdiqləyəcək.
TodayPress TV xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Lakin Ukraynanın NATO-ya nə zaman üzv olacağı dəqiqləşdirilməyəcək. Yüksək rütbəli alman rəsmisi bildirib ki, bu yanaşma Ukraynanın sammitdə əsas mövzu olmasına şərait yaradacaq.
Qeyd olunur ki, Ukraynaya yardım gələcəkdə milli müdafiə xərclərinə daxil ediləcək. Əsas məqsəd isə NATO-ya üzv bütün 32 ölkənin birgə dəstəyini yekun sənəddə göstərməkdir.
Türkan İsgəndərli