Moskvada masaya qoyulan daha bir təklif üzə çıxdı - DETALLAR

Moskvada masaya qoyulan daha bir təklif üzə çıxdı - DETALLAR
30.08.2026 11:05 Dünya

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff Moskvaya səfəri zamanı ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli sammit keçirilməsini təklif edib.

TodayPress TV xəbər verir ku, “Axios”un məlumatına görə, bu səfər Retkliffin Tramp administrasiyasının Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində diplomatik səylərində ilk dəfə şəxsən iştirak etməsi ilə yadda qalıb.

CIA rəhbəri Moskvada Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin və Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikovla görüşüb. Səfərin əsas məqsədlərindən biri Rusiya xüsusi xidmət orqanlarının rəhbərlərinin Putini ABŞ vasitəçiliyi ilə Ukrayna ilə danışıqlara qayıtmağa inandıra bilib-bilməyəcəyini müəyyənləşdirmək olub.

“The New York Times” isə Retkliffin Bortnikova cəbhədəki vəziyyətlə bağlı “bədbin qiymətləndirmə” təqdim etdiyini və vəziyyət daha da pisləşmədən Rusiyanı razılaşma əldə etməyə çağırdığını yazıb.

“Axios”un məlumatına əsasən, Retkliff Bortnikovun konstruktiv rol oynaya və diplomatik əlaqələrin bərpasına kömək edə biləcəyi qənaətinə gəlib.

Kübra Musayeva

XƏBƏR LENTİ
30 AVQUST 2026
Bütün Xəbərlər