Moskva və Ankara razılaşdı: Cənubi Qafqazda “3+3” hərəkətə keçdi

Moskva və Ankara razılaşdı: Cənubi Qafqazda “3+3” hərəkətə keçdi
09.09.2026 18:54 Dünya

Rusiya və Türkiyə xarici işlər nazirliklərinin nümayəndələri Cənubi Qafqaz və Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

TodayPress TV xəbər verir ki, məsləhətləşmələrdə Türkiyə tərəfdən Şərqi Avropa və Cənubi Qafqaz üzrə Baş idarənin rəisi, səfir Mehmet Samsar, Rusiya tərəfdən isə xarici işlər nazirinin müavini Mixail Qaluzin iştirak edib.

Görüş zamanı Mərkəzi Asiya və Cənubi Qafqazda kənar təşəbbüslərin yolverilməz olduğu vurğulanıb.

Tərəflər regional məsuliyyət prinsipi əsasında sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından “3+3” Regional Əməkdaşlıq Platformasının fəaliyyətinin davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.

Platformaya Azərbaycan, Ermənistan və Gürcüstanla yanaşı, Rusiya, İran və Türkiyə daxildir.

Kübra Musayeva

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər