Moldova səmasında "Şahid" PUA-sı: Hava məkanı bağlandı - TƏCİLİ
Moldova hakimiyyəti Kişinyov üzərində “Şahid” tipli pilotsuz uçuş aparatının (PUA) müşahidə olunmasından sonra ölkənin hava məkanının bağlandığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, bəyanatda Hava Əməliyyatları Mərkəzinin səlahiyyətli qurumlarla koordinasiyalı şəkildə vəziyyəti izləməyə davam etdiyi bildirilib.
Eyni zamanda, sosial şəbəkələrdə paytaxt üzərində uçan dronun görüntüləri yayılıb.
Aysel Mətləb