Mirzoyan Çinə səfər edəcək
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 24-dən 27-dək Çində rəsmi səfərdə olacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü açıqlama verib.
Bildirilib ki, səfər Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və xarici işlər naziri Van İnin dəvəti ilə həyata keçiriləcək.
Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələri üzrə danışıqların aparılması gözlənilir.
Qiymət Mahir