Məsud Pezeşkian Qırğızıstana səfər edəcək

Məsud Pezeşkian Qırğızıstana səfər edəcək
30.08.2026 18:55 Dünya

İran Prezidenti Məsud Pezeşkian avqustun 31-i Qırğızıstana səfər edəcək.

TodayPress TV xəbər verir ki , bu barədə İran Prezidentinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, Pezeşkian Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iki günlük sammitində iştirak edəcək.

Lider, həmçinin avqustun 31-dən sentyabrın 6-dək Qırğızıstanda keçiriləcək VI Dünya Köçəri Oyunlarının rəsmi açılış mərasimində iştirak edəcək.

Aysel Mətləb

XƏBƏR LENTİ
30 AVQUST 2026
Bütün Xəbərlər