Məşhur milyonçu müəmmalı şəkildə öldü
Dünya
02.03.2026 18:45
Avstriyalı milyonçu və bodibilder Michael Masina müəmmalı şəraitdə vəfat edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Need To Know" nəşri məlumat yayıb.
Belə ki, 34 yaşlı Maşina sərvətini daşınmaz əmlak sektorunda qazanıb. Onun şirkəti Ruma Estate “mənzil axtaranlar üçün Tinder” kimi tanınan məşhur mənzil axtarış tətbiqini yaradıb. O, eyni zamanda bodibilder idi və sosial şəbəkələrdə məşqlərini və dəbdəbəli həyat tərzini əks etdirən paylaşımlar edirdi.
2023-cü ildə şirkət müflis elan olunduqdan sonra Maşina ictimaiyyət qarşısında daha az görünməyə başlayıb. Məlumata görə, onun borcları təxminən beş milyon avro təşkil edib.
Milyonçunun ölüm xəbəri valideynləri tərəfindən açıqlanıb. Ölüm səbəbi hələlik bəlli deyil. Bildirilir ki, o, vəfatından üç gün əvvəl İndoneziyada istirahət edərkən çəkilmiş fotosunu sosial şəbəkədə paylaşıb. Dəfn mərasimi fevralın 24-də Vyanada keçirilib.
Jalə Rövşən
tag: Milyonçu,Michael Masina ,Ruma Estate,Ölüm ,Todaypress.tv,
