Meksikada dənizdə neft sızdı, boru kəməri təcili dayandırıldı

Meksikada dənizdə neft sızdı, boru kəməri təcili dayandırıldı
12.09.2026 18:24 Dünya

Meksikada, Kampeçe ştatının Syudad-del-Karmen şəhərindən 46 dəniz mili məsafədə yerləşən dəniz boru kəmərində neft sızması baş verib.

TodayPress TV xəbər verir ki, Meksikanın dövlət neft-qaz şirkəti "Pemex" ölkənin Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə hadisənin fəsadlarını aradan qaldırır.

"Pemex" Kampeçe ştatının Syudad-del-Karmen şəhərindən 46 dəniz mili məsafədə dənizdə xam neftin aşkar edilməsi ilə bağlı görülən tədbirlər barədə məlumat verib. Boru kəmərində təzyiqin endirilməsi və qoruyucu klapanların bağlaması vasitəsilə onun təcrid olunması istiqamətində dərhal tədbirlər görülüb, həmin vaxtdan boru kəməri ilə neftin vurulması dayandırılıb, xam neft sızması kəsilib.

Şirkət əlavə edib ki, insident sentyabrın 10-da beş hasilat platformasından ("Ek-TA", "Balam-TA", "Balam-A", "Balam-TB" və "Balam-TA2") gələn karbohidrogenlərin toplanması şəbəkəsində qeydə alınıb. Hadisə yerinə ixtisaslaşdırılmış gəmilər operativ şəkildə cəlb olunub.

Aysel Mətləb

XƏBƏR LENTİ
12 SENTYABR 2026
Bütün Xəbərlər