Makron Rumıniyanın yeni prezidentini təbrik etdi

Makron Rumıniyanın yeni prezidentini təbrik etdi
19.05.2025 10:23 Dünya

Fransa prezidenti Emmanuel Makron Rumıniyada keçirilən prezident seçkilərində qələbə qazanan, Buxarestin hazırkı meri və müstəqil avropapərəst namizəd Nikuşor Danı təbrik edib.

TodayPress TV xəbər verir ki, Makron təbrikini “X” sosial şəbəkəsində yayımlayıb. 

“Fransa sizinlə birlikdə olacaq. Tərəfdaşlığımızı gücləndirmək və daha güclü, suveren və müstəqil Avropa naminə birgə çalışmağa davam edəcəyik” deyə o vurğulayıb.

Fransa lideri qeyd edib ki, Rumıniya bu seçkilərdə demokratiya, qanunun aliliyi və Avropa İttifaqı naminə seçim edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər