Macarıstan Ukraynanın bu arzusunu “ürəyində qoydu” - Kiyev çətin vəziyyətdə
Macarıstan Ukraynanın irəli sürdüyü “Karpat Səkkizliyi” təşəbbüsünə qoşulmaqdan imtina edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Macarıstanın Baş naziri Peter Magyar parlamentdə çıxışı zamanı bildirib ki, ölkəsi təşəbbüsə qoşulmaq üçün dəvət alsa da, “əsaslı səbəblərə görə” iştirak etməyib. O, qərarın konkret səbəblərini açıqlamayıb.
Magyar həmçinin Macarıstan ərazisində Ukrayna üçün neft məhsulları anbarının tikintisinə icazə verilməyəcəyini bildirib. Söhbət Macarıstanın MOL şirkəti ilə Ukraynanın “Naftogaz” şirkəti arasında imzalanmış anlaşma memorandumu çərçivəsində planlaşdırılan layihədən gedir.
Baş nazir qeyd edib ki, anbar nə Macarıstan-Ukrayna sərhədində, nə də ölkənin digər ərazilərində inşa olunacaq.
Magyar MOL rəhbərliyindən şirkətin bundan sonra Macarıstanın yeni hökuməti ilə razılaşdırılmış şəkildə fəaliyyət göstərməsini gözlədiyini də vurğulayıb.
O əlavə edib ki, Macarıstan Ukraynanın Avropa İttifaqına sürətli üzvlüyünə də veto qoyacaq.
Kübra Musayeva