Macarıstan fövqəladə vəziyyət rejimini uzatdı
Macarıstan parlamenti Ukraynadakı münaqişə ilə əlaqədar ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejimini daha 180 gün müddətinə uzadıb. Qərarın lehinə 127, əleyhinə isə 56 deputat səs verib.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Macarıstan Ədliyyə Nazirliyinin dövlət katibi Robert Repaşi bildirib ki, Ukraynada davam edən münaqişə ölkənin gündəlik həyatına mənfi təsir göstərir və bu səbəbdən xüsusi hüquqi rejimin saxlanması zəruri sayılır.
Qeyd edəki, fövqəladə vəziyyət ilk dəfə 2022-ci ilin mayında elan edilib və indiyə qədər altı dəfə uzadılıb.
Türkan İsgəndərli