London Ukraynanı müsadirə olunmuş Rusiya aktivləri ilə silahlandırır

London Ukraynanı müsadirə olunmuş Rusiya aktivləri ilə silahlandırır
18.06.2026 19:30 Dünya

Böyük Britaniyanın yeni təyin olunmuş müdafiə naziri Den Carvis Ukraynaya cari ilin sonunadək tədarük ediləcək dron, raket və radarlarlardan ibarət yeni yardım paketini elan edib.

TodayPress TV xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.

Qeyd olunub ki, bəyanat "Ramştayn" formatında Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun 35-ci iclasında edilib.

"Mən Ukraynanın müdafiə naziri Mixaylo Fyodorovla Böyük Britaniyanın Ukrayna istehsalı olan 150 min dron, həmçinin 350-dən çox hava hücumundan müdafiə raketi və radar təqdim edəcəyi barədə razılığa gəldim. Onlar ERA mexanizmi vasitəsilə müsadirə edilmiş Rusiya aktivlərinin satışından maliyyələşdirilən 752 milyon funt-sterlinq məbləğində paket çərçivəsində ilin sonunadək tədarük ediləcək", - deyə o bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər