Lavrov Avropanı tarixi unutmaqda ittiham etdi

Lavrov Avropanı tarixi unutmaqda ittiham etdi
11.07.2025 11:02 Dünya

Rusiya xarici işlər naziri Sergey Lavrov Almaniya, Fransa və Böyük Britaniyanın Avropanı keçmişin faciəli dərslərini unudaraq Rusiyaya qarşı yeni münaqişəyə sövq etdiyini bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə diplomat Malayziyanın paytaxtı Kualə-Lumpurda keçirilən ASEAN tədbirlərində iştirakı ilə bağlı təşkil olunan mətbuat konfransında deyib. Lavrovun çıxışının yayımı "Rutube" platformasında təqdim olunub.

“Berlin, Paris və Londonun son bəyanatları və addımları göstərir ki, bu və bir sıra digər ölkələrdə hakimiyyətə gəlmiş siyasi elita artıq tarixin dərslərini unudub. Bəşəriyyətin bu dərslərdən çıxardığı nəticələr gözardı edilir", – deyə Lavrov bildirib.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər