ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmeri İranla bağlı əməliyyat məsələsində tutduğu mövqeyə görə yenidən tənqid edib.
TodayPress TV xəbər verir ki, o, bu barədə Britaniyanın "The Sun" qəzetinə müsahibəsində deyib.
O, Vaşinqtonla London arasındakı münasibətlərin artıq “əvvəlki kimi” olmadığını bildirib.
“Münasibətlərin əvvəlki kimi olmadığını görmək çox üzücüdür. Bu, indiyədək malik olduğumuz ən güclü münasibət idi. İndi isə Avropanın digər ölkələri ilə çox yaxşı münasibətlərimiz var”,-Tramp qeyd edib.
Nəşrin məlumatına görə, prezident “digər Avropa ölkələri” dedikdə Fransa və Almaniyanı nəzərdə tutub.
Qəzet, konkret sitat gətirmədən yazır ki, Tramp əlavə olaraq ABŞ-nin artıq Yaxın Şərqdə Britaniyanın dəstəyinə ehtiyac duymadığını bildirib.
Jalə Rövşən
