Kobaxidze Paşinyanla regional məsələləri müzakirə etdi

Kobaxidze Paşinyanla regional məsələləri müzakirə etdi
21.10.2025 23:30 Dünya

Gürcüstanın Baş naziri İrakli Kobaxidze erməni həmkarı Nikol Paşinyanla görüşüb.

TodayPress TV xəbər verir ki, İ. Kobaxidze bu barədə öz “X” hesabında məlumat verib.

Baş nazir görüşdə ikitərəfli və regional məsələlərin müzakirə olunduğunu qeyd edib.

“Əminəm ki, bu görüş Gürcüstanla Ermənistan arasında əməkdaşlığın daha da gücləndirilməsinə imkan verəcək”, - İ. Kobaxidze yazıb.

Qeyd edək ki, N. Paşinyan Gürcüstanda işgüzar səfərdədir. O, 22-23 oktyabr tarixləri arasında Tbilisidə keçiriləcək V İpək Yolu Forumunda iştirak edəcək.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər