Kiyevdəki istintaq təcridxanasında infeksiya yayıldı

Dünya

07.02.2026 16:35

Kiyevdə yerləşən Lukyanovka istintaq təcridxanasında yoluxucu xəstəlik yayılıb, bir məhbusda artıq pnevmoniya diaqnozu qoyulub.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski özünün "Telegram" kanalında məlumat yayıb.

Dövlətə xəyanət ittihamı ilə həbsdə olan deputat bildirib ki, ona məhbuslardan biri tərəfindən xəstəliklə bağlı xəbər göndərilib.

Məlumata görə, infeksiya təcridxananın ən köhnə binalarından biri olan “Stolıpin” korpusunda yayılıb. Xəstəliyin əsas əlamətləri öskürək, yüksək hərarət, sinədə yanma, oynaq ağrıları, halsızlıq, ishal və burun axıntısıdır. Bildirilir ki, yoluxan şəxslərdən birində artıq pnevmoniya aşkarlanıb.

Mesajda qeyd olunur ki, xəstələnənlər tibbi yardım ala bilmir. Kameralar həddindən artıq doludur və faktiki olaraq qızdırılmır. Təcridxanada elektrik enerjisinin tez-tez kəsildiyi vurğulanır. Bundan başqa, məhbusların öz hesablarına aldıqları quru yanacaq da əllərindən alınıb və bu səbəbdən onlar suyu belə qaynatmaq imkanından məhrum qalıblar.

Qiymət Mahir

tag: Ukrayna ,Aleksandr Dubinski,Kiyev,Lukyanovka,Todaypress.tv,