Kiyevdə ağır gecə: Yaşayış binasına hücum edildi
Ukraynanın paytaxtı Kiyevə dünən gecə həyata keçirilən hücum nəticəsində azı üç nəfər yaralanıb.
TodayPress TV xəbər verir ki, Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, Obolon rayonunda zərbə 12 mərtəbəli yaşayış binasına düşüb və binanın bir neçə mərtəbəsində yanğın baş verib.
Podolsk rayonunda zərbə qeyri-yaşayış binasına dəyib. Qoloseyev rayonunda isə inzibati bina və qeyri-yaşayış tikilisində yanğın qeydə alınıb.
Kübra Musayeva