KİV: Türkiyə ABŞ və İran arasında atəşkəsə vasitəçilik etmək istəyir

Dünya

30.03.2026 14:52

Türkiyə hakimiyyəti ABŞ və İran arasında gərginliyin azaldılması və atəşkəsə nail olunması üçün vasitəçilik etməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Hörmüz boğazında gəmiçiliyin təhlükəsiz və maneəsiz şəkildə bərpası bu prosesdə əsas addımlardan biri hesab olunur. Bildirilir ki, gəmilərin sərbəst hərəkəti tərəflər arasında etimadın artırılmasına kömək edə bilər.

Məlumata görə, Türkiyə nümayəndələri bazar günü Pakistanda Misir və Səudiyyə Ərəbistanından olan diplomatlarla görüş zamanı Yaxın Şərqdə gərginliyin azaldılmasına yönəlmiş təşəbbüslərini təqdim ediblər.

Rəsmi Ankara eyni təklifləri həm ABŞ, həm də İran tərəfinə çatdırmağı planlaşdırır.

Türkan İsgəndərli

TodayPress TV

tag: İran,Türkiyə,ABŞ,Ərəbistan,Todaypress.tv,