KİV: Tramp hissləri ilə qərar verdi
ABŞ prezidenti Donald Trampın İranın nüvə obyektlərinə hücum qərarı kəşfiyyat məlumatlarına deyil, şəxsi hiss və təəssüratlara əsaslanıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Rolling Stone" jurnalı adının açıqlanmasını istəməyən mənbəyə istinadla yazıb.
Nəşr qeyd edir ki, ABŞ administrasiyasının yüksəkvəzifəli rəsmiləri Trampın “qaçılmaz nüvə təhlükəsi” ilə bağlı bəyanatlarının konkret kəşfiyyat məlumatlarına söykəndiyini göstərməyə belə çalışmırlar.
Mənbənin sözlərinə görə, Vaşinqton kəşfiyyat qurumlarından İranın yaxın zamanda nüvə silahı hazırlayacağına dair heç bir yeni məlumat almayıb.
Qiymət Mahir