Kallas: "Putinin Avropaya gəlməsi xoş deyil"
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Tramp ilə görüşmək üçün Macarıstana potensial səfərindən narahatlıq ifadə edib.
TodayPress TV xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs qərarı çıxarılmış bir şəxsin Avropa ölkəsinə gəlməsini görmək xoş deyil", - Kallas bildirib.
O əlavə edib ki, danışıqların mümkün nəticələri hələ də vacibdir və Avropa İttifaqı Budapeştdə baş verəcək hadisələri diqqətlə izləyəcək.
Qiymət Mahir