İtaliyanın xarici işlər naziri ABŞ-yə səfərini ləğv etdi - SƏBƏB

İtaliyanın xarici işlər naziri ABŞ-yə səfərini ləğv etdi - SƏBƏB
19.06.2026 20:10 Dünya
İtaliyanın xarici işlər naziri Antonio Tayani iyunun 19-da ABŞ lideri Donald Trampın İtaliyanın Baş naziri Corcia Meloninin ünvanına səsləndirdiyi fikirlərə etiraz olaraq ABŞ-yə planlaşdırılan səfərini ləğv edib.

TodayPress TV xəbər verir ki, bu barədə Antonio Tayani "X" sosial şəbəkəsində yazıb.

"İyunun 21 və 22-nə planlaşdırılan səfərimi ləğv etmək qərarına gəldim", - deyə nazir "X" sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, bundan öncə Tramp İtaliyanın "La7" telekanalına açıqlamasında Fransadakı G7 ("Böyük Yeddilik") zirvə toplantısında Meloninin onunla foto çəkdirmək üçün təkid etdiyini vurğulayıb. Onun sözlərinə əsasən, hökumət rəhbərinin bu hərəkəti onda acıma hissi yaradıb.
XƏBƏR LENTİ
19 IYUN 2026
Bütün Xəbərlər