İtaliyada zəlzələdən sonra qatarların hərəkəti dayandırıldı

İtaliyada zəlzələdən sonra qatarların hərəkəti dayandırıldı
04.08.2026 15:37 Dünya

İtaliyanın Toskana bölgəsində baş verən zəlzələdən sonra Piza ətrafında qatarların hərəkəti müvəqqəti dayandırılıb.

TodayPress TV xəbər verir ki, milli dəmir yolu şirkəti İtaliya Dəmir Yolu Şəbəkəsinin (RFI) məlumatına görə, Piza dəmir yolu qovşağında xətt üzrə texniki yoxlamaların aparılması məqsədilə qatarların hərəkəti dayandırılıb.

Sərnişinlərə gecikmələr, cədvəl dəyişiklikləri və bəzi reyslərin ləğv edilə biləcəyi barədə xəbərdarlıq edilib.

Avqustun 4-də Toskanada 4,3 bal gücündə zəlzələ qeydə alınıb. Yerli KİV-in məlumatına görə, yeraltı təkanlar Piza, Massa-Karrara və Lukka şəhərlərində hiss olunub.

Mülki müdafiə qurumları ilkin yoxlamalardan sonra zəlzələ nəticəsində insan tələfatının olmadığını, həmçinin binalara və infrastruktura ciddi ziyan dəymədiyini açıqlayıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

İtaliyada zəlzələdən sonra qatarların hərəkəti dayandırıldı — 1
İtaliyada zəlzələdən sonra qatarların hərəkəti dayandırıldı — 2
XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər