İsveç Finlandiyaya qoşun göndərir

İsveç Finlandiyaya qoşun göndərir
29.08.2026 18:30 Dünya

İsveç bu payız Finlandiyanın Rusiya ilə sərhədində dron təhlükəsinə qarşı müdafiəni gücləndirmək üçün hərbi bölmələr göndərəcək.

TodayPress TV xəbər verir ki, İsveç Silahlı Qüvvələrinin məlumatına görə, qərar Finlandiyanın NATO-nun şərq cinahının müdafiəsinin gücləndirilməsi məqsədilə İsveçdən hərbi dəstək istəməsindən sonra qəbul edilib.

Əməliyyat payız boyunca davam edəcək. Zərurət yaranarsa, İsveç bölmələri Finlandiya komandanlığına tabe edilərək ölkənin suverenliyinə qarşı təhdidlərin aşkarlanması və qarşısının alınmasına cəlb olunacaq.

İsveç rəsmiləri bildiriblər ki, Ukraynada müharibənin başlamasından sonra NATO ölkələrinin hava məkanına dron müdaxilələri artıb. Finlandiya ilə yanaşı, Rumıniya, Polşa və Baltikyanı ölkələrdə də belə hallar qeydə alınıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
29 AVQUST 2026
Bütün Xəbərlər