İsraildə Britaniya konsulluğu bağlanır, nümayəndələr “qovulur”
İsrail xarici işlər naziri Gideon Saar Britaniyanın Qüdsdəki konsulluğunun bağlanacağını açıqlayıb.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Saar bildirib ki, britaniyalı nümayəndələr Qiryat-Qatda yerləşən Qəzza üzrə Beynəlxalq Dəstək Mərkəzindən çıxarılacaq.
Həmçinin 12 seçilmiş britaniyalı nümayəndənin İsrailə girişinə icazə verilməyəcək.
“İsrailə qarşı fəaliyyət göstərənlər İsrailin cavab tədbirləri ilə üzləşəcəklər. Onlar regionda təsirlərini və əhəmiyyətlərini itirəcəklər. İsrailə qarşı yönəlmiş tədbirlər cavabsız qalmayacaq”, – deyə Saar bildirib.
Kübra Musayeva