İsrail Qəzza sakinlərinə təxliyə çağırışı etdi

İsrail Qəzza sakinlərinə təxliyə çağırışı etdi
19.10.2025 19:43 Dünya

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağında yaşayan mülki əhalini döyüş əməliyyatlarının yenidən başlaması səbəbilə bölgəni tərk etməyə çağırıb.

TodayPress TV xəbər verir ki, İMQ-nin mətbuat xidməti yayımladığı bəyanatda atəşkəsin dəfələrlə pozulduğunu və bu gün səhər HƏMAS döyüşçülərinin hücum həyata keçirdiyini bildirib.

Məlumatda qeyd olunub ki, İsrail ordusu HƏMAS-ın silahlı strukturlarına qarşı genişmiqyaslı əməliyyatlara başlayacaq:

“Vətəndaşların təhlükəsizliyi naminə xəbərdarlığımızı təkrarlayırıq: yalnız sarı xəttin qərb hissəsində qalmaq məsləhətdir. Qırmızı ilə göstərilən ərazi aktiv döyüş zonasıdır. Orada qalan hər kəsin dərhal qərbə doğru təxliyə olunması tələb olunur”.

TodayPress TV 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər