İsrail Livanı bombardman etdi
İsrail Müdafiə Qüvvələri Livanın cənubunda “Hizbullah”ın mövqelərinə zərbələr endirib.
TodayPress TV xəbər verir ki, bu barədə "N12" telekanalı məlumat yayıb.
“Livan İsrail və “Hizbullah” arasında atəşkəsə baxmayaraq, ölkənin cənubunda hava hücumlarında ən azı beş nəfərin öldüyünü iddia edir. Livan mənbələrinə görə, İsrailin döyüş təyyarələri və dronları gecə və bu səhər bölgəyə zərbələr endirib”, - deyə kanal bildirib.